Şamaxıda zəlzələ oldu
Məlumata görə, yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli saatla 18:55-də baş verən zəlzələnin maqnitudası 3.8 olub.
Yeraltı təkanların ocağı isə 13 kilometr dərinlikdə yerləşib.