Zaqatalada avtomobil aşıb, bir nəfər ölüb, biri yaralanıb

Zaqatalada avtomobil aşıb, bir nəfər ölüb, biri yaralanıb


Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

EmpaTV-nin məlumatına görə, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.

 
Top