Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıblar
Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.