Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb

Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb


Paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsi sakinlərindən biri evindən oğurluq edilməsi barədə polisə müraciət edib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.
Top