Bakıda 2 nəfər dəm qazından öldü
Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq ölüb.
EmpaTV xəbər verir ki, 1960-cı il təvəllüdlü Seyfulla İsmayıl oğlu Seyfullayev yaşadığı mənzilin hamam otağında çimərkən dəm qazından boğularaq ölüb. Onun meyiti dünən saat 13 radələrində yaxınları tərəfindən aşkar edilib.
Oxşar hadisə paytaxtın Nizami rayonunda da qeydə alınıb. 1955-ci il təv. Gülxar Qurban qızı Əhədova yaşadığı Keşlə qəsəbəsi Kəndçi küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.
Hər iki faktla bağlı prokrorluqda araşdırma aparılır.