Sumqayıtda 38 yaşlı qadın itkin düşdü

Sumqayıtda 38 yaşlı qadın itkin düşdü


Sumqayıt şəhərində 38 yaşlı qadın itkin düşüb.

EmpaTV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yanvarın 14-də şəhər ərazisində sağlamlıq imkanları məhdud olan Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  

“Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, - deyə qeyd edilib.


Top