Bakıda qız bıçaqlandı - Anası saxlanıldı
Bakının Sabunçu rayonu Ramana qəsəbəsində qadın bıçaqlanıb.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən EmpaTV-yə bildirilib ki, bu gün saat 11:00 radələrində hadisə ilə bağlı çağırış qeydə alınıb.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yardım briqadası tərəfindən 1 nəfər (qadın) bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.
Məlumata görə, xəsarət alan 1985-ci il təvəllüdlü S.Kazımova anası tərəfindən bıçaqlanıb.