Culfada avtomobil qaz xəttinə çırpılıb, 5 kənd qazsız qalıb
Culfa rayon Milax kəndində avtomobil ortatəzyiqli qaz xəttinə çırpılıb.
EmpaTV xəbər verir ki, təhlükəsizlik səbəbi ilə 5 kənddə (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd) 545 abonentə təbii qazın verilişi dayandırılıb.
Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.