Maşın kanala aşdı, müəllim öldü

Maşın kanala aşdı, müəllim öldü


Bu gün Ucarda ağır yol qəzası baş verib.

EmpaTV xəbər verir ki, hadisə rayonun Qazıqumlaq kəndinə gedən yolda qeydə alınıb.

“Mercedes C Class” markalı minik avtomobili aşaraq yol kənarındakı su kanalına düşüb. Nəticədə sürücü, Ucar rayonu Bərgüşad kənd məktəbinin müəllimi 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüb.

Qəza yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.


Top