“Qarabağ”ın rəqibi baş məşqçisiz qaldı

“Qarabağ”ın rəqibi baş məşqçisiz qaldı


Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” baş məşqçisi Dino Topmölleri istefaya göndərib.

EmpaTV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son 9 oyunda yalnız 1 qələbə qazanan Frankfurt təmsilçisi bunu baş məşqçisinə bağışlamayıb.

Xatırladaq ki, “Ayntraxt” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar yanvarın 21-də Bakıda qarşılaşacaq.

Top