Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?

Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?


Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb. 

DİM bu məsələ ilə bağlı mətbuatın ünvanladığı sorğuya cavab olaraq bildirib ki, 2026-cı ildə keçiriləcək imtahanların qrafiki bu ay ərzində elan olunacaq.

“Hazırda bəzi imtahanların qrafiki üzərində müzakirələr aparılır. Qrafikin yanvar ayı ərzində elan edilməsi nəzərdə tutulur”, - DİM-dən bildirilib.

Top