21 il əvvəl "Neftçi" necə intiqam aldı?
Tarixə “Qara Yanvar” kimi düşən gün illər keçsə də ölkəmizdə hər il böyük ehtiramla yad edilir. Hər bir azərbaycanlı məhz bu gün fərqli hisslər yaşayır. Məhz 20 yanvar hadisələri müstəqilliyimizin sönməyən məşəlinin alovlanmasının tarixi yaddaşı oldu.
Məlum illərdə azərbaycanlılara qarşı ermənilərin törətdiyi çirkin əməllər futboldan da yan keçməmişdi. Buna görə də “SSR”-i çempionatında bu iki ölkə arasında keçirilən oyunlar neytral zonalarda baş tuturdu. Bu oyunlardan biri də “Neftçi”nin tarixi qələbəsi ilə yaddaşlara həkk olan “Neftçi” – “Pünik” görüşü olmuşdu.
Azərbaycan futbolunun flaqmanı Neftci klubunun Ermanistan komandası olan Puniki 2-0 hesabıyla məğlun etməsindən 21 il ötür. Bu qələbə 20 Yanvar faciəsi ərəfəsində olması ilə əlamətdar olmuşdur. 2005-ci ilin yanvarında 19-da baş tutan “Neftçi” – “Pünik” oyunu hər bir azərbaycanlı üçün olduqca vacib qarşılaşma idi. Rusiyanın müxtəlif bölgələrində yaşayan minlərlə soydaşımız Mosvkaya axışmışdı. Onlar “ağ-qaralar”a dəstək olmaq üçün gəlmişdilər.
"20 Yanvar" faciəsinin ildönümünə bir gün qalmış "Neftçi"nin bu tarixi qələbəsi xalqımızın yaddaşından silinməyən oyunlardandır. Flaqmana qələbə gətirən qolları Georgi Adamiya və Vidadi Rzayev vurmuşdular.
İllər keçməsinə rəğmən komandamızın belə möhtəşəm qələbəsində payı olan hər kəsə təşəkkürümüzü bildiririk.
20 Yanvar faciəsində dünyasını dəyişən, eləcə də vətənimizin azadlığı və bütövlüyü uğrunda canını fəda etmiş bütün Şəhidlərimizə isə Allahdan rəhmət eləsin!