DİN-in Mətbuat Xidmətindən verilən məlumat
- Yanvarın 20-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 51, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.
- Yanvarın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının yanvarın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 20-də ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
- Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35 kiloqrama yaxın marixuana, 4,4 kiloqramdan artıq heroin və 3,5 kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.