Füzulidə 16 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Füzulidə 16 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Əyyub Məlikov və əvvəllər məhkum olunmuş Ramil Quliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən EmpaTV-yə verilən məlumata görə, onlardan 12 kiloqram 635 qram marixuana, 2 kiloqram 880 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin və 800 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Saxlanılanların narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Ə.Məlikov və R.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Top