Bakıda ev yandı: qardaş-bacının yanmış meyiti aşkar edildi

Bakıda ev yandı: qardaş-bacının yanmış meyiti aşkar edildi


Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli fərdi yaşayış evinin həyətyanı ərazisində yanğın olub.

EmpaTV FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 40 m² olan birmərtəbəli, 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə Badamdar qəsəbəsi, 3-cü massivdə Nailə Mustafayevaya məxsus 3 mərtəbəli evdə baş verib. Nəticədə ərazidən ev sahibinin qayınatası 1951-ci il təvəllüdlü Firuddin Nəbiyevin və bacısı 1955-ci il təvəllüdlü Rəna Nəbiyevanın yanmış meyitləri aşkarlanıb. 

Top