Qarlı hava şəraiti davam edir
Qarlı hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Muğanlı-İsmayıllı avtomobil yollarında, eləcə də Ağsu aşırımlarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
Digər aidiyyəti qurumun əməkdaşları ilə birgə yollar, nişanlar qardan təmizlənir, qum və duz səpilir.
Sürücülərin mənzil başına təhlükəsiz şəraitdə çatmaları məqsədilə bu istiqamətdə zəruri tədbirlər davam etdirilir.
Gözlənildiyi kimi hazırda bir sıra dağlıq və dağətəyi rayonlarda qarın yağması yollarda müəyyən çətinliklər yaradıb.
Əsasən enişli-yoxuşlu yollarda, sərt döngələrdə, körpülərdə, açıq ərazilərdə sürüşmə ehtimalı əhəmiyyətli dərəcədə artıb.
Ötən gündən başlayaraq DYP əməkdaşları, aidiyyəti qurumlarla birgə yollarda təhlükəsizliyin təmin edilməsi, nəqliyyat axınının tənzimlənməsi üçün qabaqlayıcı tədbirlər görür, sürücülərlə profilaktik izahat işləri aparır.