Ana 40 günlük körpəsindən imtina etdi

Ana 40 günlük körpəsindən imtina etdi


Gəncədə ana 40 günlük körpəsindən imtina edib.

EmpaTV xəbər verir ki, cinsiyyəti qız olan körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini, körpənin körpələr evinə verilməsini istəyib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib ki, fevralın 10-u saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub.

Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

 

Top