Yasamalda avtomobil yandı

Yasamalda avtomobil yandı


Paytaxtın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən EmpaTV-yə bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford transit” markalı yük avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtomobilinin mühərriki və kabina hissəsi yanıb. Avtomobilin digər hissələri yanğından mühafizə olunub”, - məlumatda deyilir.

Top