Ramazan ayı başladı: Nələrə diqqət etmək lazımdır?

Ramazan ayı başladı: Nələrə diqqət etmək lazımdır?


Ramazan ayı sübh azanından gün batana qədər yemək-içməkdən uzaq durmaqla yanaşı, insanın öz nəfsi üzərində nəzarətini gücləndirməsi, səbir və mərhəmət duyğularını artırması üçün bir fürsət hesab olunur. Həmçinin niyyət gecəsində insan öz daxilinə yönəlir, ötən ilin hesabatını aparır və yeni ayı inancla qarşılayır.

Saatlarla davam edən aclıq orqanizm üçün müəyyən dəyişikliklər yaradır. Bu nöqteyi-nəzərdən də diyetoloqlar bildirirlər ki, imsak və iftar süfrəsində balanslı qidalanmaq əsas şərtdir.

Ramazan ayında bir çox ölkələrdə olduğu kimi ölkəmizdə yaşayan müsəlmanlar da dini adət -ənənələrə əməl edir, bu ayın vacib əməllərini yerinə yetirirlər. Ay ərzində günün bir neçə saatını ac-susuz qalaraq, oruc tutan müsəlmanlar bu ayın insanı ruhən təmizliyə, paklığa dəvət etdiyini deyirlər.
Bilmək lazımdır ki, ramazan ayı Quran ayıdır, yalnız yemək-içmək, qidalanmaq, safur-iftar ayı deyil. Quranı dərk edərək oxumaq, başa düşmək və yaşamaq ayıdır.


Top