Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı səhnəsində

Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı səhnəsində


Naxçıvan Dövlət Milli Dram Teatrı Bakı səhnəsində – “Simurq quşu” tamaşası ilə paytaxt tamaşaçılarının görüşünə gələcək.
24 fevral saat 19:00-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı paytaxt Bakı şəhərində qastrol səfəri çərçivəsində tamaşa təqdim edəcək.

Teatr kollektivi Kamal Abdullanın “Kim deyir ki, simurq quşu var imiş” əsəri əsasında hazırlanmış “Simurq quşu” tamaşası ilə sənətsevərlərin qarşısına çıxacaq. Fəlsəfi-estetik məzmunu, simvolik obrazlar sistemi və səhnə həlli ilə seçilən tamaşa insanın özünüaxtarışı, həqiqət və mif arasındakı sərhədlər, mənəvi kamillik ideyalarını səhnə dili ilə təqdim edir.

Qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının təşkilati dəstəyi ilə həyata keçirilir. Tamaşanın baş sponsoru isə SİRAB ASC-dir.

Bu səfər Naxçıvan teatr məktəbinin yaradıcılıq potensialının paytaxt mühitində nümayişi, region teatrlarının mədəni inteqrasiyası və ölkənin teatr məkanında sənət əlaqələrinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Paytaxt tamaşaçılarını yüksək sənət zövqü və fərqli səhnə yozumu ilə seçilən “Simurq quşu” tamaşasını izləməyə dəvət edirik.
Top