DİN-in Mətbuat Xidmətindən verilən məlumat
- Fevralın 19-da ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.
- Fevralın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının fevralın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 1 pulemyot, 11 tüfəng, 27 patron darağı və 323 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.