Füzulidə dəhşətli qəza: 10-cu sinif şagirdi həyatını itirdi
EmpaTV xəbər verir ki, hadisə ötən gecə rayonun Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb.
Rayon sakini Ramil İbayev idarə etdiyi VAZ-2107 markalı 90-FD-419 dövlət nömrə nişanlı avtomobillə qarşıda gedən traktorun qoşqusuna çırpılıb. Nəticədə avtomobildə sərnişin olan sürücünün oğlu, 10-cu sinif şagirdi Zaur İbayev hadisə yerində həyatını itirib.
Ağır xəsarət alan sürücü Ramil İbayev isə Füzuli Rayon Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.