DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


Fevralın 28-də və martın 1-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
- Fevralın 28-də və martın 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının fevralın 28-də və martın 1-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Fevralın 28-də və martın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 pulemyot, 1 qumbara, 18 tüfəng, 4 patron darağı və 69 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 28-də və martın 1-də ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top