İpotekanı gözləyənlərin diqqətinə!

İpotekanı gözləyənlərin diqqətinə!


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.

EmpaTV xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq:

Adi ipoteka kreditləri üzrə 5 mart saat 11:00-dan etibarən,

Güzəştli ipoteka kreditləri üzrə 6 mart saat 11:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət” sistemi (www.e-gov.az) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcək.


Top