Toy karvanında avtoxuliqanlıq etdi, biraylıq həbs olundu

Toy karvanında avtoxuliqanlıq etdi, biraylıq həbs olundu


Nəsimi RPİ-nin əməkdaşları toy karvanında avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaradan və yol-nəqliyyat hadisəsi törədən sürücü Rafiq Məlikovu saxlayıblar.

EmpaTV xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən onun yol hərəkəti qaydalarını bilərəkdən kobud şəkildə pozduğu müəyyən edilib.

R.Məlikov barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.

Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs olunub.

Top