Bir avtomobildən oğurladıqları ehtiyat hissələri ilə digər maşını təmir edən ustalar saxlanılıb

Bir avtomobildən oğurladıqları ehtiyat hissələri ilə digər maşını təmir edən ustalar saxlanılıb


Sumqayıt şəhərində bir nəfərə məxsus avtomobildən ehtiyat hissələri oğurlanıb. Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.

Araşdırma aparılır.
Top