Göyçayda 8 mart tədbiri

Göyçayda 8 mart tədbiri


Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü və müqəddəs Ramazan ayı münasibətilə tədbir təşkil olunub.

EmpaTV xəbər verir ki, tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anaları və şəhid yoldaşları, həmçinin rayonun idarə, müəssisə və təşkilatlarında çalışan qadınlar iştirak edib.

Çıxış edənlər öz zəkası, müdrikliyi, sədaqəti və qəhrəmanlığı ilə hər zaman xalqımızın adını uca tutan Azərbaycan qadınının cəmiyyətdəki rolundan və tutduğu yüksək mövqedən, xüsusilə də şəhid analarımızın fədakarlığından danışıblar.

Rayonun ictimai həyatında xüsusi fəallıq göstərən və səmərəli fəaliyyəti ilə seçilən bir qrup qadın fəxri fərmanla ilə təltif olunub.

Top