Son iki ayda proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanların sayı açıqlanıb
Bu ilin yanvar-fevral aylarında 28 min 234 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bunun 58,3 faizini kişilər, 41,7 faizini isə qadınlar təşkil edib.