Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb


Naxçıvan Muxtar Respublikasında  polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə  Bünyatova saxlanılıb.

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələr, eləcə də “TikTok” platformasında “ azturan83 ”, “ turanbank_az ”, “ azeturanbank ” və “ krediagro ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50-yə yaxın şəxsi aldadaraq  talama  əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 
Top