Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni svetoforlar quraşdırılıb. Svetoforlar bir neçə dəqiqədən sonra istifadəyə veriləcək.

Paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən “L” və “A” tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.

Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə verilən yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və “20 Yanvar” dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.
 
Top