Xətai rayonunda iki mənzildən oğurluq edən şəxs saxlanılıb
Xətai rayonu ərazisində oğurluq hadisələri qeydə alınıb. Naməlum şəxs əvvəlcədən müşahidə etdiyi iki mənzilə daxil olub və 7500 manat, 500 dollar nağd pul, həmçinin 550 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı B.Məsimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.