DİN-in Mətbuat Xidmətindən verilən məlumat

DİN-in Mətbuat Xidmətindən verilən məlumat


- Martın 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  
- ⁠Axtarışda olduğuna görə ümumilikdə 224, o cümlədən borclu şəxs qismində axtarışda olan 179 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
- ⁠Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.
- ⁠Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
- Martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının martın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Martın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 15 avtomat silahı, 4 tapança, 2 qumbara, 1 alışdırıcı, 22 tüfəng, 39 patron darağı və 1026 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 19-da ümumi çəkisi 51,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Top