Seçmə mərhələ: Azərbaycan millisi ilk oyununa çıxır

Seçmə mərhələ: Azərbaycan millisi ilk oyununa çıxır


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün ilk oyununa çıxacaq.

EmpaTV xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.

“Xristo Botev” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Top