“Şəngülüm, Məngülüm” yenidən səhnədə

“Şəngülüm, Məngülüm” yenidən səhnədə


Azərbaycan Dövlət Kukla Teatrında martın 29-da “Şəngülüm, Məngülüm” adlı tamaşanın premyerası keçiriləcək.

Bu barədə mətbiata teatrdan məlumat verilib.

Bildirilib ki, məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılının əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunub saxlanmaqla tamaşa üçün müəyyən dramaturji ixtisarlar edilib və səhnə uyğunlaşdırmaları aparılıb.

Tamaşanın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Elza Seyidcahandır.

Birhissəli səhnə əsərində obrazları teatrın aktyorları Səbinə Məmmədova, Elnarə Hacıyeva, Könül Nəsibova, Firuzə Nəsibli, Məmmədşah Təhməzov, Yusif Baxşəliyev və Yasin Abbasov (iki heyətdə) canlandırırlar.

Yeni quruluşda səhnə plastikasına, musiqiyə və vizual həllə xüsusi diqqət yetirilib. Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini daha da artırır.

Top