Kəlbəcərdə yol qəzasında ölənlərin kimliyi məlum olub
Kəlbəcər rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
EmpaTV xəbər verir ki, hadisə rayonun dağlıq hissəsində qeydə alınıb.
İlkin məlumata görə, şirkətə məxsus yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib.
Yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər.
Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.
Hadisənin başvermə səbəbləri, o cümlədən yol şəraiti və texniki nasazlıq ehtimalları araşdırılır.