Xətai rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Xətai rayonunda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb


Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı K.Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Top