Bu göyün altında, yerin üstündə...
Bu göyün altında, yerin üstündə sözün yükünü çiyinlərində daşıyan, ağrı ilə ümidin, sükut ilə harayın arasında körpü salan bir şair dayanır – Qəşəm Nəcəfzadə.
Onun misraları təkcə yazılmır, yaşanır, təkcə oxunmur, hiss olunur. Bu göyün altında o qədər söz deyilib ki, bəziləri unudulub, bəziləri isə zamanın yaddaşına hopub. Qəşəm Nəcəfzadənin sözləri isə həmin yaddaşın diri qalan hissəsidir – torpaq kimi ağır, külək kimi sərbəst, uşaq kimi səmimi, dua kimi təsirli. Onun poeziyası oxucunu özünə çəkən bir cazibə deyil, əksinə, insanı özünə qaytaran bir gücdür.
Bütün şerlərində şair dünyaya münasibətini açıq etiraf edir. Onun sərvəti sözün dürüstlüyü, hissin təmizliyi, qəlbin saflığıdır. Bütün misraları sanki onun həyat fəlsəfəsinin açarıdır – var olmaq üçün iç dünyasının zənginliyinə arxalanmaq. O, var-dövlətin yox, ailənin, sədaqətin, insanlıq dəyərlərinin tərəfindədir. Qəşəm Nəcəfzadə poeziyasında ən böyük sərvət insanın sevdikləri ilə birgə olmasıdır. Hər bənddə bir həyat seçimi var: səs-küydən uzaq, qalmaqallardan kənar, sakit və mənalı bir ömür. Və ən əsası – bu sadə xoşbəxtliyi təvazö ilə yaşamaq. Bu isə, şairin daxili zənginliyinin ən aydın göstəricisidir. Buna görə də onun şeirlərindəki səmimiyyət oxucunun qəlbində iz qoyur, çünki bu sözlər süni deyil, yaşanmış həyatın özüdür.
Şeirlərindəki səmimiyyət şairin öz sözünə, öz həqiqətinə sədaqətinin ifadəsidir. Bəzilərində bir ömrün hesabatı, bəzilərində bir insanın diləyi, bəzilərində bir nisgil, bəzilərində də bir şükranlıq duası səslənir. Onun arzusu sadədir, amma çox böyükdür: ömrünü ləyaqətlə başa vurmaq.
Qəşəm Nəcəfzadə poeziyası məhz bu cürdür: ölümdən belə qorxmayan, amma həyatın haqqını verməyə çalışan bir ruhun səsi. Onun şeirlərində bəzək-düzəkdən çox, həqiqətin sərt və saf üzü var. Bu cəsarət onu fərqləndirir: o, sözün qarşısında məsuliyyət daşıyan, şeiri sadəcə sənət yox, həm də vicdan məsələsi sayan bir şairdir. Ona görə də onun misraları oxucuya təkcə estetik zövq yox, həm də düşünmək üçün səbəb verir.
“Yağışın üstümə yağsın, dincəlim.
Günəşin başıma çaxsın, dincəlim.
Bənövşə kolluqdan baxsın, dincəlim,
Allah, söyünməyi əlimdən alma.”
Bu misralarla başlayan bir ruh halı – yorğunluğun içində rahatlıq axtaran, həyatın sərtliyində belə təbiətin qucağına sığınan bir insanın səsi eşidilir. Bu səs həm üsyandır, həm dua, həm də təslimiyyət. Şair bu cür sözlərlə insanın içindəki gərginliyi, yorğunluğu, eyni zamanda ümidini ifadə edir. Sanki deyir ki, həyat nə qədər çətin olsa da, insan yenə də yaşamaq, dincəlmək, saflaşmaq, özünə qayıtmaq istəyir.
Bu göyün altında, yerin üstündə doğum günü olan şairi onun poeziyasının duasına “Amin” deyərək təbrik edirik.
Sözünüz daima diri qalsın, yağış kimi könüllərə yağsın, günəş təki qəlblərə işıq saçsın, ruhunuz yorulmasın. Sizin dilədiyiniz kimi Tanrı sevincinizi, insanlığınızı, səmimiyyətinizi, o təmiz, saf söz gücünüzü heç vaxt əlinizdən almasın
Ad gününüz mübarək, Qəşəm müəllim!
Pərvanə Eyvazqızı