Səhnədə günəşin doğuşu-Nəsimi

Səhnədə günəşin doğuşu-Nəsimi


İnsan ikinci dəfə doğula bilərmi? Dərindən düşünmədiyimiz müddətdə bunun mümkün olmadığını çox yaxşı bilirik. Lakin Azərbaycanın film tarixində bu hadisə çox aydın şəkildə bilinir. 29 mart 2026-cı ildə bizlərə böyük itki yaşadan, aktyor sənətinin zirvəsində olan Rasim Balayev “ yenidən doğula bilənlər” sırasına aid idi. Niyə belə adlandırırıq? Gəlin, yaxından baxaq! Dəyərli aktyorumuzun ölümündən sonra hamı onun həyat və yaradıcılığı haqqında daha çox yazmağa başladı. Doğrusu, bir çox şeyin dəyərini itirəndən sonra başa düşürük. Uzun sözün qısası, mərhum aktoyurumuzun yaradıcılığının pik həddi sayılan “Nəsimi” obrazından danışacağıq. Əvvəla, bu film 1974-cü il 5 iyunda ekranlaşdırılıb. Tarixi-inqilabi məzmunlu film XIV əsrin tanınmış Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Hətta, bu filmdə heç bir dekordan istifadə olunmayıb və bütün səhnələr təbii olaraq çəkilib. Rasim Balayev bu film çəkilənə qədər çox ağır həyat tərzi sürmüş və onu depressiv haldan məhz “Nəsimi” çıxarmışdır. Bu filmdə Nəsimi rolu o qədər təbii və əsrarəngiz oynanılıb ki, 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafat almış, ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.

Filmin ideyası insan azadlığı, düşüncə sərbəstliyi və inandığı həqiqət uğrunda mübarizənin vacibliyini göstərməkdir. Film, İmadəddin Nəsimi obrazı vasitəsilə ideyalarından dönməyən, hətta həyatını belə qurban verən bir şəxsiyyətin möhkəm iradəsini ön plana çıxarır. Filmdə emosional təsir gücü yaradan bir çox səhnələr Nəsiminin vətəni Şamaxıda çəkilmişdir. Şairin zəngin yaradıcılığı və fəlsəfi dünyagörüşü haqqında sənədli mənbələrin azlığı səbəbindən ekran işində bədii kino vasitələrindən də geniş istifadə edilmişdir.

Xülasə, bəzi insanlardan həyata sadəcə bir dəfə gəlir. Daha yaxşı, ya da daha pisdən də söhbət getmir. Sadəcə o “insan” olmaqdır məsələ.

Səni bu hüsni-camal ilə, kamal ilə görüb,

Qorxdular həq deməyə, döndülər insan dedilər.


Şüşəxanım Vəliyeva - Bakı Dövlət Universiteti 

Gülsüm Qasımova - Sumqayıt Dövlət Universiteti 

Top