19 yaşlı gənc bacı söhbətinə görə öldürülüb

19 yaşlı gənc bacı söhbətinə görə öldürülüb


Şəmkirdə qətlə hadisə baş verib.

EmpaTV xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Gənc oğlan qətlə yetirən şəxs tutulub. Şəmkir rayon polis şöbəsinin  əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.

Qətlə yetirilən Ramalı bıçaqlayan şəxs sevdiyi qızın qardaşı olub.

Mətbuata bu barədə mərhumun atası məlumat verib.

"Qardaşı bir dəfə dedi, gedib-gəlmə. İki dəfə dedi, bu da istəyirdi. İstəyin qarşısında heç kim dura bilməz axı. Onu başa düşənlər başa düşür. Qız da onu istəyirdi. Qardaşı qıza gecə vaxtı deyib ki, onu evə çağır. Bıçaqla vurub. Guya qorxduqları üçün evdə qoyublar. Qan itirib yerindəcə ölüb. Vaxtında həkimə çatdırsaydılar, sağalardı", - deyə o, əlavə edib.

[video=]
Top