Taksi qiymətləri kəskin artdı

Taksi qiymətləri kəskin artdı


Yağışlı hava Bakıda taksi qiymətlərinin kəskin qalxmasına səbəb olub.

EmpaTV xəbər verir ki, bahalaşma bütün taksi şirkətlərinə aiddir.

Əvvəlki günlərdə 3-4 manata gedilən yolun ödənişi hazırda 12-15 manat arasında dəyişir.

Paytaxtın kənar ərazilərinə gedişhaqqı isə 35-40 manatdır.

Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər bahalaşma ilə bağlı heç bir məlumat yazmayıb.

Top