Dəstək axtaranların dilemması: kouç, yoxsa psixoloq?
Son illərdə “kouç” anlayışı getdikcə daha çox yayılmağa başlayıb. İnsanlar bəzən motivasiya və istiqamət axtarışında kouçlara müraciət edir, bəzən isə psixoloji dəstəyə ehtiyac duyduqları halda belə seçim edirlər. Halbuki, kouç və psixoloq fərqli funksiyalara malik mütəxəssislərdir və bu fərqi düzgün anlamaq olduqca vacibdir.
Kouç Günay Əsədli bu fərqi əsasən zaman prizmasından izah edir. Onun sözlərinə görə, psixoloq daha çox insanın keçmişdə yaşadıqları ilə maraqlanır və “niyə?” sualına cavab axtarır:
"İnsan bunu niyə yaşayıb, hansı travmalar və ya psixoloji təsirlər nəticəsində bu vəziyyətə gəlib?" Bu prosesdə bəzən beyində baş verən dəyişikliklər, emosional tıxanmalar və irəliləyə bilməmə halları üzərində işlənilir.
Kouç isə daha çox gələcəyə yönəlir. Günay Əsədlinin qeyd etdiyi kimi, kouçun əsas işi insanı A nöqtəsindən B nöqtəsinə aparacaq strategiyanı qurmaq və bu yolda onu dəstəkləməkdir. Yəni burada əsas sual “niyə?” yox, “hara getmək istəyirsən?” olur. Keçmiş nəzərə alına bilər, amma fokus gələcəkdə əldə olunacaq nəticələr üzərində qurulur.
Eyni zamanda, o vurğulayır ki, bəzi hallarda təkcə kouç dəstəyi kifayət etmir. Dərin depressiya və ya daha ciddi psixi pozuntular zamanı mütləq şəkildə psixoloq və psixiatr dəstəyi vacibdir. Öz təcrübəsində də belə hallarla qarşılaşdığını bildirən kouç qeyd edir ki, o, bu kimi müraciətləri geri çevirmir, əksinə, psixiatr və ya psixoterapevtlə paralel şəkildə əməkdaşlıq edərək daha effektiv nəticə əldə etməyə çalışır. Onun fikrincə, insanın həm psixoloji, həm də inkişaf yönümlü dəstəyi paralel şəkildə alması daha düzgün yanaşmadır.
Mövzu ilə bağlı psixoloq Zəhra Zahidova isə bildirir ki, insanlar çox vaxt problemin mahiyyətini düzgün ayırd edə bilmədikləri üçün psixoloq əvəzinə kouça müraciət edirlər. Kənardan baxdıqda hər iki sahə “dəstək verən” kimi görünsə də, əslində onların iş prinsipi və məqsədi fərqlidir.
Onun sözlərinə görə, kouç daha çox məqsəd qoymaq, motivasiyanı artırmaq və insanı hərəkətə keçirmək üzərində işləyir. Yəni fokus əsasən bu gün və gələcək üzərində qurulur. Psixoloq isə insanın daxili dünyasını, emosiyalarını, keçmiş təsirlərini və psixoloji çətinliklərini analiz edir və onları aradan qaldırmağa yönəlir. Bu sahə elmi və klinik əsaslara söykənir və depressiya, narahatlıq, panik ataklar, travmalar kimi hallarla işləyir.
Zəhra Zahidova həmçinin vurğulayır ki, psixoloji çətinliklər hər kəsdə müəyyən dövrlərdə yarana bilər. Lakin bu hallar uzun müddət davam edirsə və insanın həyat keyfiyyətinə ciddi təsir edirsə, artıq peşəkar dəstək vacib olur. Uzunmüddətli kədər, səbəbsiz narahatlıq, yuxu və iştah pozuntuları, emosional qeyri-sabitlik, sosial uzaqlaşma və təkrarlanan problemlər bu ehtiyacın əsas göstəricilərindəndir.
Digər tərəfdən, insan ümumilikdə psixoloji baxımdan stabildirsə, lakin hədəflərini müəyyənləşdirməkdə, motivasiya tapmaqda və ya öz potensialını reallaşdırmaqda çətinlik çəkirsə, bu zaman kouç dəstəyi daha uyğun hesab olunur.
Beləliklə, psixoloq daha çox insanın daxili dünyasını anlamağa və sağaltmağa yönəldiyi halda, kouç onu inkişaf və nəticəyə doğru istiqamətləndirir. Doğru seçim isə insanın yaşadığı vəziyyəti düzgün dəyərləndirməsindən keçir.
Sura Əliyeva
Kouç Günay Əsədli bu fərqi əsasən zaman prizmasından izah edir. Onun sözlərinə görə, psixoloq daha çox insanın keçmişdə yaşadıqları ilə maraqlanır və “niyə?” sualına cavab axtarır:
"İnsan bunu niyə yaşayıb, hansı travmalar və ya psixoloji təsirlər nəticəsində bu vəziyyətə gəlib?" Bu prosesdə bəzən beyində baş verən dəyişikliklər, emosional tıxanmalar və irəliləyə bilməmə halları üzərində işlənilir.
Kouç isə daha çox gələcəyə yönəlir. Günay Əsədlinin qeyd etdiyi kimi, kouçun əsas işi insanı A nöqtəsindən B nöqtəsinə aparacaq strategiyanı qurmaq və bu yolda onu dəstəkləməkdir. Yəni burada əsas sual “niyə?” yox, “hara getmək istəyirsən?” olur. Keçmiş nəzərə alına bilər, amma fokus gələcəkdə əldə olunacaq nəticələr üzərində qurulur.Eyni zamanda, o vurğulayır ki, bəzi hallarda təkcə kouç dəstəyi kifayət etmir. Dərin depressiya və ya daha ciddi psixi pozuntular zamanı mütləq şəkildə psixoloq və psixiatr dəstəyi vacibdir. Öz təcrübəsində də belə hallarla qarşılaşdığını bildirən kouç qeyd edir ki, o, bu kimi müraciətləri geri çevirmir, əksinə, psixiatr və ya psixoterapevtlə paralel şəkildə əməkdaşlıq edərək daha effektiv nəticə əldə etməyə çalışır. Onun fikrincə, insanın həm psixoloji, həm də inkişaf yönümlü dəstəyi paralel şəkildə alması daha düzgün yanaşmadır.
Mövzu ilə bağlı psixoloq Zəhra Zahidova isə bildirir ki, insanlar çox vaxt problemin mahiyyətini düzgün ayırd edə bilmədikləri üçün psixoloq əvəzinə kouça müraciət edirlər. Kənardan baxdıqda hər iki sahə “dəstək verən” kimi görünsə də, əslində onların iş prinsipi və məqsədi fərqlidir.
Onun sözlərinə görə, kouç daha çox məqsəd qoymaq, motivasiyanı artırmaq və insanı hərəkətə keçirmək üzərində işləyir. Yəni fokus əsasən bu gün və gələcək üzərində qurulur. Psixoloq isə insanın daxili dünyasını, emosiyalarını, keçmiş təsirlərini və psixoloji çətinliklərini analiz edir və onları aradan qaldırmağa yönəlir. Bu sahə elmi və klinik əsaslara söykənir və depressiya, narahatlıq, panik ataklar, travmalar kimi hallarla işləyir.Zəhra Zahidova həmçinin vurğulayır ki, psixoloji çətinliklər hər kəsdə müəyyən dövrlərdə yarana bilər. Lakin bu hallar uzun müddət davam edirsə və insanın həyat keyfiyyətinə ciddi təsir edirsə, artıq peşəkar dəstək vacib olur. Uzunmüddətli kədər, səbəbsiz narahatlıq, yuxu və iştah pozuntuları, emosional qeyri-sabitlik, sosial uzaqlaşma və təkrarlanan problemlər bu ehtiyacın əsas göstəricilərindəndir.