Hüquqla ədəbiyyatı birləşdirən yazıçı - Çingiz Abdullayevin doğum günüdür
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Çingiz Abdullayev bu gün ömrünün daha bir müdrik yaşını qarşılayır.
Onun adı artıq təkcə bir yazıçı adı deyil – bu, düşüncənin, zəkanın və ədəbi ustalığın rəmzinə çevrilmiş bir imzadır. “Qara Yanvar”, “Əclafın qanunu”, “Mavi mələklər”, “Dronqonun son əməliyyatı” kimi əsərlər illərdir oxucuların yaddaşında yaşayır, hər dəfə yenidən oxunduqca yeni mənalar qazanır.
Çingiz Abdullayevin qələmi yalnız bir ölkənin sərhədləri ilə məhdudlaşmayıb. Onun əsərləri dünyanın bir çox ölkələrində nəşr olunub, müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına yol tapıb. Bu əsərlərin cazibəsi və dinamikası ekran sənətindən də yan keçməyib – onun süjetləri əsasında filmlər çəkilib, obrazları vizual yaddaşın bir parçasına çevrilib.
Onu yaxından tanıyanlar isə deyir ki, bu böyük yazıçının gücü yalnız qələmində deyil. O, eyni zamanda incə ruhu, insanlara – xüsusilə qadınlara qarşı diqqətli və nəvazişli münasibəti ilə seçilən bir ziyalıdır. Bu həssaslıq onun yaratdığı qadın obrazlarının daxili zənginliyində, zərif psixologiyasında da aydın hiss olunur.
Bu gün onun ömür yoluna baxanda, sanki minlərlə səhifədən ibarət böyük bir roman canlanır – zəhmətlə yazılmış, istedadla cilalanmış, zamanın sınağından çıxmış bir həyat romanı.
Bu əlamətdar gündə ona möhkəm can sağlığı, uzun ömür və tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
Qələmi daim yazsın, sözü daim yaşasın! Doğum günü mübarək olsun!
Pərvanə Eyvazqızı