DİN-in Mətbuat Xidmətindən verilən məlumat
- Aprelin 9-da ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 131, o cümlədən borclu şəxs qismində axtarışda olan 94 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.
- Aprelin 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
- Polis əməkdaşlarının aprelin 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
- Aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 4 tüfəng, 14 patron darağı və 104 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
- Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
- Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 9-da ümumi çəkisi 24,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,1 kiloqramdan artıq heroin, 19,8 kiloqramdan çox marixuana, 2,4 kiloqramdan çox tiryək, 1,3 kiloqrama yaxın metamfetamin və 253 ədəd yüksək təsiredici xassəyə malik həb olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.