Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatı


Paytaxtın Sabunçu rayonu, Əjdər Məlikov ilə Mais Əsədov küçəsinin kəsişməsində piyadaların təhlükəsizliyi təmin edilib. Bu məqsədlə qeyd olunan ünvanda iki ədəd “L” tipli dirək üzərində piyada və nəqliyyat bölmələri olmaqla yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib. Bununla da piyadalar dirək üzərindəki düyməni sıxmaqla yaşıl işıq yandıqdan sonra yolu təhlükəsiz keçə bilirlər.
 
Top