Binəqədi rayonunda evlərdən 10000 manatlıq oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonunda evlərdən 10000 manatlıq oğurluq edən şəxs saxlanılıb


Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib. Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10050 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb. Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Araşdırmalar davam etdirilir.
Top