Xəzərdə balıqçı batdı

Xəzərdə balıqçı batdı


Neft Daşlarının yaxınlığında balıqçı dənizdə batıb.

Bu barədə EmpaTV-yə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.

Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.

Top