Gəncləri xaricə yönəldən nədir: Maddi rifah, yoxsa sosial mühit?
Müasir dövrdə gənclərin xaricdə təhsil almaq və ya işləmək arzusu getdikcə daha geniş yayılır. Xüsusilə qloballaşmanın sürətlənməsi, informasiya axınının artması və fərqli həyat standartlarının daha əlçatan görünməsi bu meyli daha da gücləndirir. Bu gün bir çox gənc üçün xaricə getmək yalnız maddi rifah axtarışı deyil, eyni zamanda daha keyfiyyətli təhsil, fərqli sosial mühit və şəxsi inkişaf imkanları deməkdir.
Bəs gəncləri xaricə yönəldən əsas səbəblər hansılardır: iqtisadi amillər, yoxsa sosial və təhsil mühitinin təsiri?
Mövzu ilə bağlı "Master of Science" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu EmpaTv.az-a açıqlamasında bildirib ki, bu iki amili bir-birindən tam ayırmaq düzgün deyil. "Amma reallıq budur ki, əsas rol iqtisadi səbəblərə aiddir, sosial amillər isə bu prosesi gücləndirir. Biraz daha geniş izah edim. Deməli, məsələnin əsasını iqtisadi faktorlar təşkil edir. Gənclər daha yüksək maaş, stabil iş, peşəkar inkişaf imkanları və sosial təminat axtarır. Əgər bir ölkədə eyni zəhmət qarşılığında daha yaxşı həyat səviyyəsi əldə etmək mümkündürsə, bu artıq çox ciddi motivasiyaya çevrilir. Yəni, xaricə getmək istəyi əsasən buradan başlayır".
"Sosial amillər isə bu istəyi daha da sürətləndirən faktordur. Amma məsələ təkcə pul deyil. Gənclər daha az bürokratiya, daha ədalətli sistem, fərdi azadlıqlar, özünü ifadə imkanları, keyfiyyətli təhsil və sağlam mühit kimi dəyərləri də axtarırlar. Maraqlıdır ki, bəzən maddi vəziyyəti pis olmayan gənclər də ölkəni tərk edir. Bu isə sosial amillərin nə qədər güclü təsirə malik olduğunu göstərir. Əsas məqam ondan ibarətdir ki, əgər bir ölkədə həm iqtisadi imkanlar, həm də sosial mühit qənaətbəxşdirsə, miqrasiya əhəmiyyətli dərəcədə azalır. Yəni problem təkcə maaş məsələsi deyil, ümumi həyat keyfiyyətidir".
"Nəticə olaraq demək olar ki, iqtisadi səbəblər getmək qərarını yaradır, sosial amillər isə bu qərarı sürətləndirir, gücləndirir və möhkəmləndirir".
İqtisadçı Akif Nəsirlidə qeyd edib ki, gənclərin xaricə getmək arzusu adətən bir tək səbəblə yox, həm iqtisadi, həm də sosial amillərin birlikdə təsiri ilə formalaşır. "Amma çox hallarda iqtisadi səbəblər daha əsas rol oynayır. İş imkanlarının məhdudluğu, maaşların aşağı olması, karyera inkişafı üçün zəif perspektivlər gəncləri daha yaxşı gəlir və sabit həyat axtarışına yönəldir. Bununla yanaşı, sosial amillər də az əhəmiyyət daşımır. Təhsil və inkişaf imkanlarının genişliyi, daha az korrupsiya və daha şəffaf idarəetmə, eləcə də həyat keyfiyyətinin yüksək olması kimi faktorlar gənclərin qərarına təsir edir. Bəzi gənclər isə sadəcə fərqli mədəniyyət görmək, özünü sınamaq və daha sərbəst mühitdə yaşamaq istədiyi üçün xaricə getməyi düşünür.
Ümumiyyətlə, demək olar ki, iqtisadi səbəblər çox vaxt ilkin təkan verən faktor olur, sosial amillər isə bu qərarı gücləndirən və ya möhkəmləndirən rol oynayır".
Həmçinin təhsil eksperti Cahid İmanlı mövzu ilə bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, hər iki amilin rolu olsa da, heç şübhəsiz, iqtisadi faktorlar daha üstünlük təşkil edir. "Azərbaycanda sosial baxımdan cəmiyyətdə ciddi differensiya müşahidə olunmur. Eyni zamanda, kəskin siyasi qarşıdurma, hərbi münaqişə, eləcə də etnik, dini və ya cinsi ayrı-seçkilik halları geniş yayılmayıb. Cəmiyyətimizdə tolerantlıq və kosmopolit həyat tərzi artıq adi bir norma kimi qəbul edilir".
Ekspert qeyd edir ki, əgər bu kimi mənfi sosial amillər mövcud olsaydı, gənclərin xaricə üz tutmasını sosial səbəblərlə əsaslandırmaq daha mümkün olardı. "Şübhəsiz, müəyyən sosial faktorlar da var — məsələn, Avropa həyat tərzinə maraq, fərqli düşüncə tərzi və məişət şəraiti kimi səbəblər. Lakin bu amillər kütləvi xarakter daşımır. Nəticə etibarilə, o hesab edir ki, gənclərin xaricə getmək istəyinin əsas səbəbi iqtisadi amillərlə bağlıdır".
Xumar Emilqızı