Bakıda ölümlə nəticələnən ağır qəza baş verdi

Bakıda ölümlə nəticələnən ağır qəza baş verdi


Qala-Şüvəlan yolunda ölümlə nəticələnən qəza baş verib.

EmpaTV xəbər verir ki, hadisə aprelin 19-da saat 20:10 radələrində Qala-Şüvəlan yolunda qeydə alınıb.

Belə ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdən gələn, Əşrəfzadə Vüqar İlqar oğlunun sürdüyü motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Top