Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar


Paytaxtın Nizami rayon sakini olan bir nəfərin 2500 manat dəyərində mobil telefonu oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş 23 yaşlı İ.Dadaşov saxlanılıb.

Bundan başqa, Yasamal rayonu ərazisində 500 manat dəyərində velosiped oğurlamaqda şübhəli bilinən 28 yaşlı N.Quliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Top