Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana 16 vaqon dizel yanacağı göndərilib


Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub.

EmpaTV xəbər verir ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.

Belə ki, yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Top